Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro (207 milyon dollar) məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır.
Bizim.Media “SeeNews”a istinadən bildirir ki, bununla bağlı Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlama verib.
O bildirib ki, 170 milyon avro həcmində borcun ödənilməsi Serbiyanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini 0,42 faiz bəndi azaldaraq 58,5%-ə endirəcək.
Serbiya Prezidentinin sözlərinə görə, borc bu ilin sonunadək, ən geci 2021-ci ilin əvvəlində Azərbaycana ödəniləcək.
Qeyd edək ki, Serbiya Azərbaycan hökumətindən 2012-ci ildə “Dəhliz 11”in tikintisi üçün 300 milyon avro məbləğində kredit alıb. Tikinti işləri Azərbaycanın “Azvirt” inşaat şirkəti tərəfindən həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:27 / 05.12.2020
Serbiya Azərbaycana 207 milyon dollar ödəyəcək
Hazırda oxunan: Serbiya Azərbaycana 207 milyon dollar ödəyəcək
Hazırda oxunan: Serbiya Azərbaycana 207 milyon dollar ödəyəcək
4348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.