Zakir Həsənovla Hulusi Akar arasında GÖRÜŞ – Nələr müzakirə edildi? 

Hazırda oxunan: Zakir Həsənovla Hulusi Akar arasında GÖRÜŞ – Nələr müzakirə edildi? 

43406

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə nazirliyindən bildirilib. 

General-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşdən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Müdafiə naziri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib. 

Cənab H.Akar da öz növbəsində belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. 

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin