Ərdoğan Ermənistana çağırış etdi: “Sərhəd məsələsini həll edin”

Hazırda oxunan: Ərdoğan Ermənistana çağırış etdi: “Sərhəd məsələsini həll edin”

43379

“Bu dövrdə sərhədlərin müəyyənləşməsi və qarşılıqlı olaraq tanınması zəruridir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış formalaşdırmaqdadır: 
 

MÖVZU İLƏ BAĞLI:

“İlham Əliyevlə gələcəyə dair planları nəzərdən keçirdik” – Ərdoğan


“Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etməsi yönündə səmimi iradə nümayiş etdirməsi lazımdır. Ermənistanın Azərbaycana münasibətdə səmimi iradə ortaya qoyacağı halda, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının önündə bir əngəl qalmayacaq.

Bütün bölgə üçün birlikdə qurulacaq bir gələcəyi kiçik maraqlara və daxili siyasətə qurban vermək zaman itkisi anlamına gələcək.

Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək mümkündür. Türkiyənin də daimi barışın təsis edilməsi yönündə atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha vurğulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin