Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Bizim.Media-nın xəbərinə görə, rəmzi açarı dövlət başçılarına "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun LENTİNİ KƏSDİ
Qeyd edək ki, aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var.
Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.
Bizim.Media