Qarabağ klanı Paşinyana qarşı terror hazırlayır? – Politoloqdan PROQNOZ

Hazırda oxunan: Qarabağ klanı Paşinyana qarşı terror hazırlayır? – Politoloqdan PROQNOZ

43278

Ermənistanın müxalif “Hayastan” bloku noyabrın 9-10 tarixlərində İrəvanda kütləvi mitinq keçirməyi planlaşdırır. Etiraz aksiyası İrəvanın “Azadlıq” meydanında nəzərdə tutulub. Blokun qabardacağı əsas məsələ isə guya, Ermənistanın Azərbaycana torpaq verməsinin qarşısını almaqdır.

Bizim.Media xəbər verir ki, nümayişin 9-10 noyabrda keçirilməsi həm də ildönümündə üçtərəfli bəyanatın imzalanmasına etirazdır. 
 

MÖVZU İLƏ BAĞLI:

“Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO


Bu səbəbdən müxtəlif suallar yaranır: Çevriliş baş verə bilərmi? Hakimiyyət dəyişikliyi olsa belə, sülh prosesinə necə təsir edəcək? 

Çünki Nikol getsə, Ermənistanda hakimiyyətə “rusun adam”ı gələcək deyə ehtimallar var. Rusiya isə nəzərdə tutulan layihələrin, koridorların açılmasında maraqlıdır. 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı əvvəlcə bildirdi ki, müxalif “Hayastan” seçkidə Paşinyana məğlub olmuş bir siyasi blokdur. Yəni, onların Nikolu mitinq yolu ilə hakimiyyətdən devirməyi indiki vəziyyətdə real görünmür.

Politoloqun fikrincə, müharibədə uduzan Paşinyan 25 il hakimiyyət görmüş Serj Sarkisyan-Koçaryan birliyinə ayrı-ayrılıqda qalib gəlib:

“Paşinyanın mitinqlərinə qatılanlar bu revanşist qüvvələrin tərəfdarlarından dəfələrlə çox olub. Bu da onu göstərir ki, ermənilər müharibə istəmirlər. İndiki vəziyyətdə belə, onlar sülhün tərəfdarıdırlar. Bununla yanaşı, Ermənistan müxalifəti son günlər Rusiya əleyhinə mitinqlər keçirir”.

Politoloq bildirib ki, seçki yolu ilə Paşinyanı devirə bilməyən erməni müxalifətinin yalnız bir yolu qalıb: 

“Ölkəni qarışdırmaq və kövrək olan stabilliyi yenidən pozmaq. Qarışmış vəziyyət əsnasında isə Nikol Paşinyana qarşı hansısa terror reallaşdırmağı düşünürlər, çünki bunların mahiyyəti terrordur, qətillərdir. Amma bugünkü vəziyyətdə belə addımı mümkün hesab etmirəm. Çünki Paşinyanın hakimiyyətdə qalmasında Moskvanın da maraqları var”. 

Sonda politoloq qeyd edib ki, bu isə Ermənitandakı Qarabağ klanı təmsilçilərinin erasının bitdiyindən xəbər verir. Nə Koçaryan, nə də Sarkisyan bir daha Ermənistanda hakimiyyət üzü görməyəcəklər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin