Hikmət Hacıyevdən milli təhlükəsizliklə bağlı AÇIQLAMA

Hazırda oxunan: Hikmət Hacıyevdən milli təhlükəsizliklə bağlı AÇIQLAMA

43262

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çıxış edib. 

Hikmət Hacıyev milli təhlükəsizliyin təmin edilməsinin önəmindən danışıb: 

"Hər bir dövlətin prioritet məsələsi milli təhlükəsizliyin etibarlı təmin olunmasıdır. Bu sahədə fəaliyyətin həyata keçirilməsində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanan Milli Təhlükəsizlik Konsepsiyasının önəmi böyükdür". 

Otuz ilə yaxın müddət ərzində Azərbaycanın təhlükəsizliyi əleyhinə yönələn başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən şöbə müdiri qeyd edib ki, müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin