Bu gün Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli görüşü keçirilib. Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, aazirlər səhər saatlarında ayrı-ayrı təyyarələrlə Van şəhərinə gəliblər. Bir müddət istirahhətdən sonra nazirlər üçtərəfli görüş üçün bir araya gəliblər. İranlı nazir Cavad Zərif, Elmar Məmmədyarov və Əhməd Davudoğlu əvvəl mətbuata açıq qısa görüş keçiriblər. Sonra isə qapalı şəraitdə görüş davam edib.
Nazirlər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş artıq başa çatıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilir.
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin növbəti görüşünün İranda keçirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.
































































































