“Qarabağda savaşa başlamaq üçün münasib vaxtdır, amma...”

Hazırda oxunan: “Qarabağda savaşa başlamaq üçün münasib vaxtdır, amma...”

43155

Politoloq Leyla Əliyeva Moderator.az-a açıqlamasında Rusiya-Ukrayna gərginliyi fonunda Qarabağda savaşa başlamağın mümkünlüyü ehtimalını şərh edib. Ekspertin qənaətincə, hazırda Rusiyanın başının Ukrayna proseslərinə qarışdığı bir məqamda Qarabağda yeni bir savaşa start vermək məqsədəuyğun olsa da, bu, Azərbaycan hakimiyyətinin maraqlarına uyğun deyil:

“Unutmaq olmaz ki, Qarabağ məsələsində yalnız Rusiyanın maraqları mövcud deyil. Burada Qərbin də maraqlaır var. Azərbaycan hakimiyyətinin legitimliyinin mənbəyi məhz stabillikdir. Bu stabilliyi pozmaq indiki mərhələdə çox riskli bir şeydir. Hökumətə dəstək məhz ondan ibarətdir ki, hökumət stabilliyi qoruyur. Atəşkəsi pozmur, enerji resurslarının hasilatını təmin edir. Qeyri-stabillik enerji hasilatına mənfi təsir göstərir. Məntiqlə yanaşsaq, təbii ki, Rusiyanın başının Ukrayna faktoruna qarışdığı bir məqamda belə bir addım məntiqlidir. Lakin hazırkı hökumət üçün bu variant sərfedici deyil”.

 

Seymur Əliyev

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin