“Krımı özünə birləşdirəcəyi təqdirdə Rusiyanın Dağlıq Qarabağa qoşun yeridə biləcəyi ilə bağlı deyilənlər Ermənistanın uydurduğu növbəti cəfəngiyyatdır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov Ermənistan ekspertlərinin “Rusiya Krımı özünə birləşdirməyə müvəffəq olarsa, sonra Dağlıq Qarabağa qoşunlarını yeridəcək” kimi iddialarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ermənilər illər boyu bu cür qeyri-ciddi iddialarla çıxış ediblər:
“Bunlar boş-boş sözlərdir. Sadəcə, erməni təxəyyülünün məhsuludur və bu cür məsələlərin ümumiyyətlə müzakirə olunmasının əleyhinəyəm”.






























































































