Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını təqdim edir:
- Azərişıq” ASC-nin Şuşa şəhərini ilkin mərhələdə elektrik enerjisi ilə təchiz etməsi ilə bağlı görülən işləri özündə əks etdirən “Şuşa zülmətdən işığa” adlı yeni film hazırlanıb.
- Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.
- Noyabrın 9-da Moskvada Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir.
- Azərbaycanda fars molla rejiminin idealogiyasını təbliğ edən İran meyilli saytlar bağlanıb.
- İranda Azərbaycan əyalətinin yeni başçısı təqdimatı zamanı şillələnib.
- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
- İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib.
- Ərdoğan 10 ölkənin səfirini Türkiyədən qovub.
- Azərbaycandan İrana mesaj: “Kiminsə diqtəsini və təzyiqini qəbul etməyəcəyik!”.
- Türkiyə "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinə qatılmayacaq.
Bizim.Media