İlham Əliyevin Paşinyanla növbəti görüşünün vaxtı MƏLUM OLDU 

Hazırda oxunan: İlham Əliyevin Paşinyanla növbəti görüşünün vaxtı MƏLUM OLDU 

42909

Noyabr ayında Moskvada Azərbaycan, Rusiya və Ermənistan başçılarının görüşü baş tuta bilər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” xəbər portalı yayıb.

Məlumatda bildirilir ki, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan noyabrın ilk ongünlüyündə Kremildə bir araya gələ bilərlər.

Görüşün əsas mövzusu kimi isə Qarabağa dair növbəti sənədin, ola bilsin ki, “Sülh müqaviləsi”nin imzalanması göstərilir. 
 

“Böyük ehtimalla baş tutacaq görüşdə müzakirə mövzusu komunikasiyaların bərpası və sülh müqaviləsinin detallarının müzakirəsi olacaq”,- deyə məlumatda qeyd olunub.


Qeyd edək ki, bu gün erməni KİV-ləri noyabrın 9-da Moskvada Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması haqqında məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin