Erməni qızları Qarabağda hansı xidmətləri göstərir? – İntim, narkotik, silah... - DETALLAR 

Hazırda oxunan: Erməni qızları Qarabağda hansı xidmətləri göstərir? – İntim, narkotik, silah... - DETALLAR 

42879

Ermənistan mətbuatı həyəcan təbili çalır ki, Xankəndində yaşayan ermənilər İrəvanla Bakı arasında sülh sazişini səbrsizliklə gözləyirlər. Əsas səbəb sülhməramlı nəzarətindən Azərbaycan idarəetməsinə keçmək istəyidir. Yazılanlara görə, Qarabağ erməniləri müflisləşir, müxtəlif xidmətlərin hesabına qiymətli əşyalarını ucuz qiymətə ruslara satırlar. 

"Türkiyə qəzetlərində də bu mövzuda yazılar dərc olunub. Həqiqətən də Qarabağda yaşayan ermənilər iqtisadi cəhətdən pis vəziyyətdədirlər. Bugünkü gün heç yana - nə Rusiya, nə Ermənistan, nə də Azərbaycana çıxışları yoxdur. Çünki separatçı qüvvələr Qarabağda hələ də qalıblar" cümləsi ilə cavabına başlayan politoloq Ramiyə Məmmədova əslində sülhməramlıların onları tərkisilah etməli olduğunu da yada salıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Qarabağla bağlı səhvini açıqladı


Bizim.Media ilə özəl dialoq zamanı siyasi ekspert bildirib ki, hələ Qarabağda qalan separatçılar dinc sakin olan erməniləri aldatmağa davam edir.

Guya bunlar Qarabağı geri qaytaracaq:

"Və Qarabağda gedən prosesləri öz xeyirlərinə çevirəcəklər. Bu yalanların fonunda oradakı əhali əşyalarını satmaq və sülhməramlıların əlinə baxmaqla yaşayırlar. Ən acınacaqlı vəziyyət isə "YouTube"dakı videolarda da var: Öz qadınlarını sülhməramlılara satırlar".

Amma Ramiyə Məmmədova bildirib ki, həmin qadınların hesabına separatçılar təkcə sülhməramlıların xırda pulların; qazanmır.

Belə ki, o qadınlar vasitəsilə şlaqbaumlardan silah və uyuşdurucular da daşınır:
 

"Burada başqa məqsəd həm də sülhməramlıları öz tərəflərinə çəkmək istəyidir. Açığı Azərbaycan əsgərlərinə də belə təkliflər olub. Lakin Azərbaycan əsgəri bu məsələdə daha ayıq davranır.


Biz bilirik ki, hazırda sülhməramlıların oradakı varlığı Azərbaycanın bugünkü reallıq və istəklərinə işləmir. Sülhməramlılar orada erməniləri dəstəkləsələr də, elə onlardan geninə-boluna istifadə edirlər. Bu isə Qarabağdakı ermənilərin vəziyyətini daha da ağırlaşdırır. Belə vəziyyətdə ermənilərin yeganə çıxış yolu Azərbaycandır. Azərbaycan vətəndaşlığını qəbul etməkləridir. Ermənistana getsələr, İrəvan da onları istədikləri kimi qəbul edə bilmir. Çünki İrəvan erməniləri ilə Qarabağ erməniləri heç vaxt yola getməyiblər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin