Türkiyə ilə Ermənistan arasında gizli danışıq olub? - Eldar Namazovdan VİDEO

Hazırda oxunan: Türkiyə ilə Ermənistan arasında gizli danışıq olub? - Eldar Namazovdan VİDEO

42801

Azərbaycanlı politoloq canlı yayımların birində Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsindən danışıb. Belə ki, Azərbaycan cəmiyyəti o vaxt bu prosesə isti yanaşmırdı, amma indi başqa cür baxır. Çünki o vaxt Ankara-İrəvan əlaqələri normallaşsaydı, Ermənistanın Qarabağ siyasəti daha da sərtələşəcəkdi.

Bizim.Media xəbər verir ki, Eldar Namazov gürcü politoloq Gela Vasadzenin “YouTube” kanalı üçün müsahibəsində müqayisələr aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır”  - XƏRİTƏ


Namazovun sözlərinə görə, o vaxt ermənilər heç 7 rayondan birinin azad olunmasını, Azərbaycana qaytarılmasını istəmirdilər.

Yəni, Türkiyə ilə Ermənistanın kommunikasiya xətləri o vaxt (Abdulla Gülün vaxtında) açılsaydı, bu, İrəvanın Bakı ilə danışıqları intensivləşdirəcəyi demək deyildi:

“Buna görə də bizə zəmanət lazım idi. O zamankı protokollarda zəmanət yox, təhlükə olub. Hazırda isə tam başqa bir situasiya mövcuddur. Azərbaycan hesab edir ki, nail olmaq istədiklərinin 90 faizinə hərbi yolla yiyələnib. 10 faiz qalıb. Nümunə kimi Xorvatiyanın ərazi bütövlüyünü bərpa etməsini xatırlatmaq olar”.

Eldar Namazovun fikirlərinin digər 7 dəqiqəsinə videodan baxa bilərsiniz:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin