Putin sərhəd məsələsində KOMPROMİS deyəndə nəyi nəzərdə tutur? - RƏSMİ - ÖZƏL ŞƏRH

Hazırda oxunan: Putin sərhəd məsələsində KOMPROMİS deyəndə nəyi nəzərdə tutur? - RƏSMİ - ÖZƏL ŞƏRH

42760

Rusiya lideri Vladimir Putin “Valday” klubunun plenar iclasında Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgüsündə qarşılıqlı kompromisdən bəhs edib. Putin qarşılıqlı kompromis deyəndə nəyi nəzərdə tutur?

Bizim.Media-nın bu sualına cavabda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev iki məsələni önə çəkdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO


Birinci məsələ ondan ibarətdir ki, bəlkə də bəzi sərhəd xətləri müəyyən məsafadə ya Azərbaycan, ya da Ermənistan tərəfə çəkilməlidir. Bu isə texniki məsələlərdir:
 

“Daha ciddi, fundamental məsələ Qazaxın 7 kəndi və Naxçıvan Kərkisinin Ermənistanın nəzarətində olmasıdır. Eyni zamanda, Gədəbəy bölgəsindəki Başkənd sovet dövründə ermənilərə məxsus olub və hazırda bizim nəzarətimizdədir.


Strateji baxımdan o, bizə daha vacibdir. Amma burada prosesin necə gedəcəyini demək üçün hələ tezdir. Ən azından baza prinsipləri qəbul olunmalıdır və bu prinsiplərdən biri - ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Siqnallar var, ancaq Ermənistanın bu addımı atıb-atmayacağı hələ bəlli deyil. Putin “kompromisə nail olmaq lazımdır” deyəndə daha çox Ermənistanı nəzərdə tutur. Təbii ki, belə bir tədbirdə Putin detalları açıqlaya bilməzdi. Ona görə də ümumi şəkildə danışıb”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin