Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyası Federal Assambleyası Milli Şurasının sədri Andreas Aebi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
Siyasi sahədə mövcud olan yüksək səviyyəli əməkdaşlığın iqtisadi sahədə əlaqələrin inkişafına da müsbət töhfə verdiyi qeyd olunub.
Söhbətdə Azərbaycanla İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişafında qanunverici orqanların rolu vurğulanıb, o cümlədən dostluq qrupların müsbət fəaliyyəti qeyd olunub.
Görüşdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Bizim.Media