ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində Azərbaycanın torpaqları 30 ilə yaxın bir zamanda erməni separatçıları tərəfindən işğal altında qaldı. Bu zaman kəsimində isə ATƏT ildə 3-4 dəfə yığışaraq ancaq sərhəddə monitorinq keçirib, vəzifəsini bitmiş hesab etdi. Bu qurumun ikili standartları isə ermənilər üçün həddən artıq əlverişli bir şərait yaratdı.
Azərbaycan isə 44 günlük Vətən müharibəsi nəticəsində ATƏT-in 30 illik görə bilmədiyi işi bu müddət ərzində bitirdi. Hazırda ermənilər yenidən sərhəddə təxribatlar törədib Qarabağın status məsələsini gündəmə gətirib ATƏT-in Minsk qrupunun fəalyyətini yenidən gündəmə gətirməyə cəhd edirlər.
Bəs, görəsən bu təxribatların altında hansı qaranlıq məqamlar var?
Bu gün bu işdə təkcə ermənilər deyil, onların havadarları da bütün vəchlə mübarizə aparırlar.
Lakin...
Politoloq Əli Hacızadənin fikrincə, ATƏT-in Minsk qrupu 1992 – ci ildə yaradılmasına baxmayaraq, onun fəaliyyəti əsasən münaqişəni dondurmaq, status kvonu möhkəmləndirmək və son nəticədə Azərbaycanın əl ayağına dolaşmaqdan ibarət olub.
O, bu barədə Bizim.Media-ya açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Köçəryan “böyük siyasətə” talan üçün qayıdır - Politoloq
“İkinci Qarabağ savaşından sonra regionda yeni vəziyyət yaranıb. Bəli, Minsk qrupu üzvləri və Ermənistan yeni vəziyyətdə köhnə oyunu oynamaq istəyir, lakin Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, regionda yaranmış vəziyyəti hər kəs qəbul etməlidir. Azərbaycanın mövqeyi bundan ibarətdir”.
Siyasi ekspert bildirib ki, regionda həll olunmamış heç bir məsələ qalmadığı üçün müzakirə etməyə və ya danışıqlar aparmağa ehtiyac olsun.
“Bundan əvvəl danışıqlar işğal olunmuş ərazilər və Qarabağın status ətrafında gedirdi, indi nə birincisi, nə də ikincisi məsələ yoxdur. Əgər Minsk qrupu üzvləri regionda sülhə və sabitliyə öz töhfəsini vermək istəyirsə (ki, mən buna şübhə edirəm) onda onlar Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası, mina xəritələrinin verilməsi və sülh müqaviləsinin imzalanması prosesinə dəstək verə bilərlər. Kimsə status məsələsini dirildib yenidən masaya gətirmək istəyirsə, səyləri əbəsdir”.
Vüsalə Balayeva, Bizim.Media