İkram İsrafil: “Hər zaman Ukrayna xalqının haqlı tələblərini dəstəkləmişik”

Hazırda oxunan: İkram İsrafil: “Hər zaman Ukrayna xalqının haqlı tələblərini dəstəkləmişik”

42438

Rusiyanın Krıma hərbi müdaxiləsi Ukraynanın ərazi bürövlüyü və suverenliyini pozmaqla yanaşı, demokratik qüvvələr tərəfindən təşkil edilən yeni hökumət üçün də təhdid mənbəyinə çevrilməkdədir. Maraqlıdır, indiki həlledici məqamda Ukraynadakı demokratik qüvvələrə dəstək məqsədi ilə Azərbaycan müxalifəti tərəfindən hansısa aksiyanın keçirilməsi və ya həmrəylik bəyanatının səslənməsi məqsədəuyğundurmu? 

Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Müsavat Partiyası Divanının üzvü, sabiq millət vəkili İkram İsrafil belə bir aksiyaya lüzum görmədiyini vurğuladı:

“Bilirsiniz ki, partiyamızın başqanı Ukrayna xalqı Maydanda hökumətin avrointeqrasiyadan imtina etməsinə etiraz edən zaman 2013-cü ilin dekabr ayında Ukraynaya səfər etdi, Maydandakı mitinqdə çıxış etdi və ölkəmizin demokratik qüvvələrinin dəstəyini ifadə etdi. Eyni zamanda İsa bəy Ukrayna müxalifətinin lideri Arseni Yasenyuk, Vitali Kliçko və digərləri ilə görüşlər keçirib və müxtəlif məzmunda müzakirələr aparıb. İnqilabdan sonra da Müsavat Partiyası olaraq müxtəlif zamanlarda bəyanat verərək Ukrayna xalqının haqlı tələblərini dəstəkləmişik. Bildiyim qədəri ilə digər partiyalar da analoji bəyanatlarla çıxış ediblər. Eyni zamanda bu gün Müsavat Partiyası olaraq Ukrayna prosesləri ilə bağlı partiyamızın qərargahında ekspertlərin və digər mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçiriləcək. Ancaq sırf Ukraynadakı proseslərə dəstək məqsədi ilə hansısa aksiya keçirilməsini doğru hesab etmirəm”.

 

Seymur Əliyev

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin