Aydın Mirzəzadə: “Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil”

Hazırda oxunan: Aydın Mirzəzadə: “Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil”

4218

“Ali Baş Komandan dəfələrlə bildirib ki, hər hansı bir dövlət və ya qüvvə daxili işlərimizə qarışmağa cəhd və yaxud Azərbaycana qarşı bir provakasiya edərsə, onun cavabı mütləq veriləcəkdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Müharibə dövründə Azərbaycanın etdiyi əks hücum əməliyyatları ilə bütün dünyaya qəti iradəsini göstərdiyini deyən millət vəkili, kənar müdaxilələrin ölkəyə göstərdikləri təzyiqlərin yolverilməz olduğunu vurğulayıb.

“Azərbaycan 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində, öz ərazi bütövlüyünü təmin etdi. Bununla bütün dünyaya göstərdi ki, özü-öz problemlərini həll etmək iqtidarındadır. Azərbaycanın etdikləri, onun suverenliyi beynəlxalq hüquqa uyğun şəkildədir".

"
Hər hansı bir formada ölkənin daxili işlərinə qarışmaq olmaz. Hesab edirəm ki, bunu ancaq güclü dövlətin maraqlarını düzgün siyasi müdafiə edən bir ölkənin Prezidenti deyə bilər. Buradan da Cənab Prezidentin dedikləri ilə fəaliyyətinin bir-birini tamamladığı görünür”.

Daha sonra millət vəkili Fransa dövlətinin Qarabağ əməliyyatı zamanı Azərbaycana qarşı qərəzli mövqeyindən da danışıb. O, qəti surətdə Fransa parlamentinin qəbul etdiyi qətnaməni pisləyib.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədlərindən biri olduğuna baxmayaraq, ilk günlərdən Ermənistanın yanında olduğunu bildirdi. Fransa Sernatının qəbul etdiyi qətnamə isə birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu isə qəti surətdə yolverilməz bir addımdır”. 

Millət vəkili qeyd etdi ki, düzdür Fransanın prezidenti Emanuel Makron sonradan Dağlıq Qarabağ və ətraf rayonlarını Azərbaycanın ərazisi kimi tanıdığını bildiri:

“Fransa höküməti isə parlamentin qondarma separatçı rejimi tanınması barədə çağırışlarını müdafiə etmədiyini açıqladı. Amma senatın atdığı adım çox pis bir presedent kimi tarixə keşdi”. 

Vüsalə Balayeva. Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin