Müsavatdan YAP-çı deputata cavab gəldi

Hazırda oxunan: Müsavatdan YAP-çı deputata cavab gəldi

41949

Millət vəkili Musa Quliyev mətbuata açıqlamasında Müsavatın son qurultayı və adıçəkilən partiyanın gələcək aqibəti ilə bağlı bədbin fikirlər səsləndirib. M.Quliyev bildirib ki, əgər Müsavat Partiyasının qurultayı baş tutarsa, bu, həmin partiyanın son qurultayı olacaq. Bundan başqa, millət vəkili hesab edir ki, İsa Qəmbər başqan olmayacağı təqdirdə, Müsavat daha ağır və böhranlı vəziyyətlə üzləşəcək.

Moderator.az-a açıqlama verən sabiq millət vəkili, Müsavat Partiyası Divanının üzvü İkram İsrafil M.Quliyevin narahatlığı üçün əsas görmədiyini qeyd etdi:

“Doğrusu, Musa Quliyevin narahatlığı nəyə görədir, bunu anlamaqda çətinlik çəkirəm. Əgər narahatlığı Müsavatdan yanadırsa, əmin edirəm ki, biz müsavatçılar kimsənin narahat olmasına imkan  verməyəcəyik. Yox əgər Musa müəllim bütün bunları Müsavatın məhz dediyi duruma düşməsini arzu edib deyirsə, yenə də bizlər bu arzuların gerçəkləşməsinə imkan verməyəcəyik. Odur ki, ilk öncə bizə qurultayımızı keçirmək üçün müvafiq yer ayırsınlar, sonra arzularının gerçəkləşməsini gözləsinlər.

Müsavat Partiyası haqqında təsəvvürləri olmayanlar hər cürə fikir səsləndirə bilərlər.

Müsavat Partiyası Azərbaycanda yeganə partiyadır ki, bütün seçkili qurumlarına gizli səsvermə yolu ilə, eyni zamanda malternativ namizədlərlə rəqabət şəraitində seçkilər keçirir.

Müsavat Partiyası Musa müəllimin də fəxrlə adını çəkdiyi, yaşadığı və sevdiyi, bilirəm ki, sevir, Azərbaycan dövlətini quran, dünyaya tanıdan bir dəyərdi. Gərək hər kəs Müsavat haqqında danışanda, proqnoz verəndə bunları nəzərə alsın. Müsavat Partiyası qurultayını keçirəcək, başqanını da seçəcək, fəaliyyətini də hər zaman olduğu kimi doğma Azərbaycanımız və dəyərli xalqımızın maraqlarından yana davam etdirəcək”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin