Bu yaxınlarda Milli Məclisin plenar iclasında "Müstəqillik günü haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsinin asan olmadığını dilə gətirərkən göz yaşlarını saxlaya bilməyib. O həmin müddətdə başına gələn hadisələrdən danışarkən kövrəlib. Millət vəkili çıxışını göz yaşları ilə bitirib. Tahir Kərimli buna qədər də hələ 90-cı illərdə parlamentdə ağlamağı ilə yadda qalmışdı.
Bu hadisə indiyə qədər Milli Məclisdə təmsil olunan deputatların ictimaiyyət qarşısında göz yaşlarına hakim ola bilməyərək yaşadıqları kövrək anlarını gündəmə gətirib.
İndiyə qədər hansı millət vəkilləri göz yaşları ilə yadda qalıb?
MÖVZU İLƏ BAĞLI:
Tahir Kərimli parlamentdə yenə AĞLADI
Bizim.Media bu barədə araşdırma apararaq indiyə qədər ağlayan millət vəkillərini təqdim edir.
Arif Rəhimzadə
Azərbaycan parlamentinin keçmiş deputatı millət vəkili olduğu zamanda televiziya verilişlərinin birində ağlayıb. Eks deputat proqramda Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən göz yaşlarına hakim ola bilməyib.
Aqil Abbas
Milli Məclisin deputatı Aqil Abbas işğaldan sonra doğma Ağdam şəhərinə səfər edən zaman kövrək anlar yaşayıb. O, doğulub boya-başa çatdığı evin erməni vandalları tərəfindən darmadağın edildiyi görəndə göz yaşlarını saxlaya bilməyib.
İlham Əliyev
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 2019-cu ildə karantin rejimini pozaraq qız övladına toy etdiyi üçün 15 sutka azadlıqdan məhrum edilmişdi. Həbs müddətindən sonra azadlığa çıxan eks deputat etdiyi hərəkətinə görə ictimaiyyət qarşısında üzr istəyib. O, üzr istəyərkən göz yaşlarına hakim ola bilməyib.
Yenə Tahir Kərimli
Hər zaman kövrək insan kimi tanınan Tahir Kərimli sosaial şəbəkə hesabından video paylaşaraq oğlu Zayıdağa Kərimlini doğum günü münasibətilə təbrik edib. Deputat fikirlərini səsləndirərkən kövrəlib.
Aydın Mirzəzadə
Deputat 2014-cü ildə nəzarətə götürdüyü doğuş zamanı komaya düşən qadının ölümünə çox kədərlənib. O, bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, hadisə Mngəçevir şəhərində yaşanıb.
Afət Həsənova
2020 ci il mayın 8-də Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı parlamentə dəvət edilən şuşalı Əsra Məmmədli təsirili çıxışı ilə yadda qalıb. Şuşalı qızın çıxışı deputat Afət Həsənovanın kövrəlməsinə səbəb olub. Millət vəkili Afət Həsənova ağrılı-acılı çağırışa göz yaşlarını saxlaya bilməyib.
Novruz Aslan
Deputat Novruz Aslan verilişlərin birində qonaq olarkən kövrək anlar yaşayıb. O, mərhum atası haqqında xatirələrindən söz açarkən göz yaşlarını saxlaya bilməyib.
Bizim.Media