Noyabrın 10-da üçtərəfli imzalanan bəyannaməyə görə, Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, bölgə üçün də mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli belə deyib.
Naxçıvan dəhlizi bölgə dövlətləri üçün konkret hansı əhəmiyyəti kəsb edəcək sualına cavab olaraq o, bildirib ki, bütün şərtlərə əməl etdiyi təqdirdə, Ermənistan da bu imtiyazlardan istifadə edə biləcək.
“Bu dəhliz bölgə dövlətləri, o cümlədən Ermənistan üçün də faydalı olacaq. Bunun üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkib, Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, sülh prosesinə əməl etməlidir".
"Bununla Ermənistan bölgədə həyata keçirilən layihələrdə və regionda bundan sonra baş verəcək iqtisadi proseslərdə iştirak etmək imkanını qaznacaq. İndiki şəraitdə Ermənistanın iqtisadi problemlərinin həlli üçün bu yeganə çıxış yoludur".
"Yəni Azərbaycanla tam barışıq əldə edilmədən Ermənistan üçün regionda hər hansı bir prespektiv görülmür. Bunu artıq Ermənistanın rəsmi dairələri də açıq şəkildə dilə gətirirlər”,- deyə o, qeyd edib.
Daha sonra politoloq hazırda regionda əsas prinsipin tam sülhün təminatı olduğunu, bütün işlərin bunun icrası üçün qurulduğunu bildirib.
“Bildiyiniz kimi Azərbaycan, Rusiya prezidentləri eləcə də Ermənistanın baş naziri arasında imzalanmış bəyanatın əsas mahiyyəti bölgədə sülhün tam təmin edilməsindən ibarətdir. Bu saziş bir tərəfdən Ermənistan üçün kaputulasiya, digər tərəfdən isə yaranmış vəziyyətdən faydalanmaq imkanı yaradan bir sənəddir".
Azərbayacanın qələbəsi ilə tarixi ədalət bərpa olundu. Beynəlxalq Hüququn prinsip və normaları həyata keçirildi və qətnamələrin icrası təmin edildi. Təbii ki, münaqişəyə faktiki olaraq nöqtə qoyulub, lakin bütün hallarda proses tam yekunlanana qədər regionda Ermənistanın bu və ya digər şəkildə iqtisadi proseslərə intiqrasiyası onun davranışlarından asılı olacaq.
"Yuxarıda da qeyd etdiyim kimi, əgər Ermənistan qonşularla normal münasibət qursa, regionda onun üçün həm iqtisadi, həm də siyası baxımdan irəliləyiş, Laçın dəhlizindən istifadə və Azərbaycanda keçirilən çoxsaylı nəqliyyat, loqistik layihələrdə iştirak imkanı qazandıracaq".
"Bu da hazırda qonşu dövlətlərlə normal münasibəti olmayan Ermənistan üçün böyük həyati əhəmiyyət kəsb edir”,- deyə E.Mirzəbəyli vurğulayıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:09 / 03.12.2020
POLİTOLOQ: Naxçıvan dəhlizi Ermənistanı normal gələcəyə aparır
Hazırda oxunan: POLİTOLOQ: Naxçıvan dəhlizi Ermənistanı normal gələcəyə aparır
Hazırda oxunan: POLİTOLOQ: Naxçıvan dəhlizi Ermənistanı normal gələcəyə aparır
4183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.