Qərb Saakaşvilini həbsxanada çürüdəcəkmi? - Xuxaşvilidən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Qərb Saakaşvilini həbsxanada çürüdəcəkmi? - Xuxaşvilidən ÖZƏL AÇIQLAMA

41811

Gürcüstanda nə baş verir? Son etiraz aksiyasının miqyası müxtəlif cinah təmsilçilərini ciddi düşünməyə vadar edib. Gürcüstan ictimaiyyətində belə rəy var ki, Saakaşvili xalqa verdiyi sözü tutdu. O, ölkəsinə qayıtdı və həbs olundu. Xalq da onunçün küçələrə axışdı, tərəfdarlarının az olmadığını hakimiyyətə və dünayay sübut etdi. Bəs indi top kimdədir? Növbəti addımı kim atmalıdır və nə baş verəcək?  

Bu barədə Bizim.Media-nın sualını cavablandıran gürcü ekspert Gia Xuxaşvili bildirib ki, doğurdan indi qəribə vəziyyət yaranıb:
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilinin son durumu NECƏDİR? - Politoloq Gia Xuxaşvilidən AÇIQLAMA - ÖZƏL


"Oktyabrın 30-da seçkilərdir və tərəflər əzələ nümayişi reallaşdırır. Əslində oktyabrın 14-də Tbilisidə kütləvi nümayişi də birtərəfli qiymətləndirmək olmaz. Çünki mitinqə gələnlərin yarısı həbs olunan sabiq prezidenti dəstəkləyənlər, qalan hissəsi isə indiki hökumətdən narazılardır".

Gia Xuxaşvilinin sözlərinə görə, mitinqi təşkil edənlər özlərini qərbyönümlü kimi təqdim edir. Hazırkı hökumətə gəldikdə isə müəyyən suallar yaranır:

"Bu da tərəfdaşlarının nə dərəcədə etibarlı olması ilə bağlıdır. İndiki hökumət də Aİ və NATO kursu götürdüyünü bəyan edir, amma bu deklorasiyalara elə də güvənmirlər. Bu aksiya Qərbdə böyük maraq doğurub. Lakin sual yaranır ki, əgər Qərbin başqa namizədi varsa, niyə fəal olanları seçmədilər?"

Gürcüstanda olanlara Qərbdən konkret hansı reaksiya gözlənilir?

"Qərbin olanlara və Saakaşvilinin həbsinə reaksiyası gözlənilir. Hökumətə təzyiqlər də gündəmdədir. Həmçinin son vaxtlar çoxsaylı qəribəliklər olub. Onlardan biri də səsyazma sistemləri ilə əlaqədardır. Qarşıda bir qədər vaxt var, hazırda baş verənlərin həzm etmə prosesi gedir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin