Prezident: "Şuşada dağıdılmayan yeganə məscid “fars məscidi” kimi təqdim olunurdu" - VİDEO 

Hazırda oxunan: Prezident: "Şuşada dağıdılmayan yeganə məscid “fars məscidi” kimi təqdim olunurdu" - VİDEO 

0:00
0:00
41722

“Ermənistan işğaldan əvvəl Şuşa şəhərində olan 17 məsciddən 16-nı dağıdıb. Yalnız 1 məscid “tolerantlıq” nümunəsi kimi saxlanılıb və İrandan olan “mütəxəssislər”in vasitəçiliyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı – TAM VİDEO


Dövlət başçısı işğal edilmiş ərazilərdəki evlərin söküldüyünü, daşların Ermənistan və İranda satıldığını diqqətə çatdırıb:

"Ermənistan həmçinin ətraf mühitə də böyük zərər vurub. İşğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılıb, Ermənistan və İrana satılıb. Qızıl yataqlarının və digər təbii resursların qanunsuz istismarı həyata keçirilib. Bir Avropa şirkətinin iştirakı ilə transsərhəd çayı olan Oxçuçay sistemli şəkildə çirkləndirilib ki, bu da ekoloji faciəyə səbəb olub. Bu faktı artıq nüfuzlu beynəlxalq ekspertlər də təsdiq edirlər”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin