“İrəvan yekun sülhə \"Dəmir yumruq\"la məcbur edilməlidir” - Bəhruz Məhərrəmov 

Hazırda oxunan: “İrəvan yekun sülhə \"Dəmir yumruq\"la məcbur edilməlidir” - Bəhruz Məhərrəmov 

41698

"Dünən axşam saatlarında, sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin növbəti terror aktı nəticəsində hərbi qulluqçumuzun həlak olması hamımızı üzdü”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin plenar iclasında çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası BAŞLADI - 10 məsələ müzakirə olunacaq 


Onun sözlərinə görə, bölgədə sülh və əməkdaşlıq naminə təşəbbüslərin gündəmə gəldiyi bir vaxtda terror törədənə xoş münasibət sərgilənə bilməz. 

"Allahdan şəhidimizə rəhmət, ailəsinə isə baş sağlığı diləyirik. Törədilən terror aktı göstərir ki, İrəvan məcburiyyətdən başqa yol tanımır. Görünür ki, Ermənistan kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi,  yekun sülhə də "Dəmir yumruq" ilə məcbur edilməlidir. Ona görə də ya həmin dəstələr könüllü təslim olmalı, ya da  antiterror əməliyyatının keçirilməsi, xalqların birgəyaşayış perspektivini, bölgədə sülh və sabitliyi təhdid edən bu qanunsuz silahlı dəstələrin yerindəcə məhv edilməsi, yaxud, bir an öncə tərkisilah edərək hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zəruridir", - o qeyd edib.  

Deputat əlavə edib ki, dünən Müdafiə nazirliyinin özünün yaydığı məlumatda da bu terrorçuları Ermənistanın dəstəklədiyi əks olunub: 

"Ona görə də bu dəstəyin də önünü almaq üçün yekun sülh müqaviləsinə qədər heç bir Ermənistan vətəndaşı Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmamalıdır. Ermənistan əgər dalandan qurtulmaq, Azərbaycanın tanıdığı şansdan yararlanmaq istəyirsə bu proseslərdə özü maraqlı olmalı, ortaya iradə qoymalıdır. Bölgədə sülh və əməkdaşlıqdan başqa bir seçim yoxdur və olmayacaq da...” 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin