Azərbaycanda dissertasiya müdafiəsi elmə nifrət yaradır – Deputatdan ETİRAZ 

Hazırda oxunan: Azərbaycanda dissertasiya müdafiəsi elmə nifrət yaradır – Deputatdan ETİRAZ 

0:00
0:00
41690

“Dünyanın heç bir ölkəsində dissertasiya müdafiəsi zamanı insana bu qədər əziyyət verilmir. Bu da dissertantda elmə nifrət yaradır”. 

Bizim.Media xəbər verir ki, bu barədə parlamentin növbəti plenar iclası zamanı millət vəkili Etibar Əliyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası BAŞLADI - 10 məsələ müzakirə olunacaq 


O, dissertasiya müdafiəsi zamanı tələb olunan sənədlər, uzun bürokratik qaydalardan və lazımsız ləngimələrdən danışıb.  

“Hazırda bu prosesdə uzun–uzadı qaydalar Azərbaycan universitetlərinin 2005-ci ildə daxil olduğu beynəlxalq baloniya bəyannaməsinə ziddir. Bu proses insanlarda nifrət yox, elmə həvəs, istək yaratmalıdır”. 

Deputatın sözlərinə görə, Ali Attestasiya Komissiyasında xeyli dissertasiya işi var, ancaq onlar yığılıb qalıb və rəy verilməsi gecikir.

“Ali Attestasiya Komissiyası nifaq yuvasına çevrilib. Azərbaycanda təsdiq olunan dissertasiya işləri isə nə Avropaya, nə də ABŞ-a göndərilir. Onlar hamısı postsovet məkanına göndərilir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin