Fazil Mustafa bəzi məmurları TƏNQİD ETDİ - “Təyin olunan kimi...” 

Hazırda oxunan: Fazil Mustafa bəzi məmurları TƏNQİD ETDİ - “Təyin olunan kimi...” 

41687

“Bir öldürülən Azərbaycan əsgərinə görə, 10-20 əsgər öldürülməlidir. Biz ermənilərin hərəkətləri qarşında susmamalıyıq”. 

Bizim.Media xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. O, həmçinin qeyd edib ki, Qarabağda təxribatlar Azərbaycan üçün gözlənilən bir hal idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası BAŞLADI - 10 məsələ müzakirə olunacaq 


Daha sonra o, daxili problemlər haqqında danışarkən heç bir halda elm sahəsində saxtakarlığa yol verilməməsi barədə də danışıb. 

“Bu yaxınlarda bir alimin elmi işi plagiat çıxıb. Hazırda elm sahəsində bir çox belə insanlar var. Dərhal bu hala son qoyulmalıdır. Elm bəyəm ticarətdir ki, burada obyekt açasan”. 

Daha sonra o, çıxışının sonunda ölkədə kadr islahatlarından da danışıb. Deputat qeyd edib ki, hər bir yeni təyin olunan məmur, gələn kimi bütün idarədə olan insanları işdən azad edir. 

“Bu zaman o, insanın professional olmasına baxmayaraq, dərhal köhnə komandadan olan insanları işdən uzaqlaşdırılır. Mənə belə şikayətlər çox gəlir. Hər gələn öz adamını işə gətirir. Bu vəziyyət aradan qaldırılmalıdır”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin