Milli Məclis Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq.
Bizim.Media-nın məlumatına görə, bunu parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası BAŞLADI - 10 məsələ müzakirə olunacaq
Spiker bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə söz sahibi olan qüdrətli dövlətdir:
“İclasımız tarixi gün ərəfəsində keçirilir. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ötür. 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi. Xilaskarlıq missiyasını yerinə yetirmək yolunda onun fəaliyyəti bu binadan başlamışdı. Əminliklə demək olar ki, qarşıdakı dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq”.
S.Qafarova təklif edib ki, Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.
Vüsalə Balayeva, Bizim.Media