Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün apardığı 44 günlük Vətən müharibəsi zamanı İslam dünyasının nüfuzlu şəxslərindən dəstək gəlmişdi.
Bizim.Media xəbər verir ki, bu şəxslərdən biri də şiə təriqətinə məxsus nüfuzlu din xadimi Şeyx Sübhi Tüfeyli idi.
MÖVZU İLƏ BAĞLI:
İranın içindəki QURDLAR - Tehran Bakının yardımlarını niyə unutdu?
Şeyx Sübhi Tüfeyli bir müddət əvvəl yayımladığı videomüraciətdə İranın hələ Birinci Qarabağ müharibəsində Ermənistana verdiyi dəstəyi sərt tənqid etmişdi.
“O vaxtlar mən Tehrandaydım. İran mediasını izləyirdim və insanların erməniləri dəstəklədiyini görürdüm. Dövlətin və medianın ermənilərin yanında olmasına çox təəccüblənirdim. Ermənilər işğalçıdır və siz özünüzə islam dövləti deyirsiniz, zülmə və təcavüzə qarşı olduğunuzu söyləyirsiniz. Bəs onda niyə zalımın yanındasınız? Halbuki siz özünüz Azərbaycanın əsrlərdir İranın parçası olduğunu, azərbaycanlıların İran xalqı olduğunu və onların əksəriyyətinin İranda yaşadığını söyləyirsiniz. O zaman təbii olaraq hər şeydən öncə siz məzlumun yanında olmalı idiniz. Bunlar da müsəlman, məzlum, üstəlik də şiədirlər. Həqiqətən çox təəccüblənmişdim.
Hansı əsasa görə bunu edirsiniz? Qurana görəmi? “Yaxşılıq və təqva məsələsində bir-birinizə kömək edin” ayəsinə görəmi? Yaxşılıq və təqva belə idimi? Heyrət içində idim və bunun səbəbi mənim üçün çox maraqlı idi”.
Din xadimi çıxışının ikinci hissəsində İranın xarici işlər naziri ilə arasında baş verən söhbətdən, verilən cavabdan danışıb və Ermənistana köməyin məqsədini açıqlayıb.
Daha ətraflı videodan izləyin:
Bizim.Media