İranın İSTERİKASI – “Hərbi təlimlər molla rejiminin psixoloji böhranını göstərir” – DETALLAR

Hazırda oxunan: İranın İSTERİKASI – “Hərbi təlimlər molla rejiminin psixoloji böhranını göstərir” – DETALLAR

41469

İran İslam Respublikası oktyabr ayı ərzində 4-cü hərbi təlimlərinə başlayıb. Bu “poliqon ənənəsi”nin müxtəlif siyasi yozumları var. Politoloq Məhəmməd Əsədullazadə isə iddia edir ki, İran 44 günlük savaşda Azərbaycanın qələbəsini həzm edə bilmir və isterikadadır:

“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, İranla 130 kilometrlik sərhədini nəzarətə götürməsi İran tərəfindən qəbul olunmur və İranın “qırmızı xətti” kimi xarakterizə olunur”.

Özəl olaraq Bizim.Media-ya danışan politoloq, bunu İranın regiona qarşı destruktiv mövqeyi kimi qiymətləndirdi. 
 

Tehranın yeni reallıqlara əcaib reaksiyasının səbəblərinə toxunmazdan əvvəl siyasi ekspert Azərbaycan və Türkiyənin bölgənin iqtisadi inteqrasiyasını özündə ehtiva edən “altılıq” platformasını təklif etdiyini dilə gətirdi.


Bu platforma regionda ümumi sülh və təhlükəsizliyə də xidmət edəcək. Amma İran tərəfi hərbi təlimlərlə Azərbaycan və Türkiyəyə qarşı dırnaqarası güc göstərməyə cəhd edir:

“Bunu cəhd kimi qiymətləndirirəm, çünki İranın regionda müharibə münaqişəyə başlamaq potensialı yoxdur. Yalnız bu, İranın isterikası, molla rejiminin psixoloji böhranından irəli gəlir. Onlar regiondakı yeni çağırışları qəbul etmirlər və Zəngəzur dəhlizinin açılmasını özlərinə qarşı iqtisadi blokada kimi dəyərləndirirlər. Baxmayaraq ki, koridorun açılması İranın da maraqlarına cavab verir”.

Politoloqun fikrincə, İran işğal olunmuş ərazilərdə narkoticarətlə məşğul olub, terrorizmi dəstəkləyib. Zəngəzur dəhlizinə də mane olmaqla Azərbaycan və Türkiyənin Şərqlə Qərb arasında oyanacağı körpü rolunun qarşısını almağa çalışır:
 

“Bu kimi təlimlərlə İran regiondakı yeni geosiyasi şərtləri dəyişə bilməyəcək. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Zəngəzurun dəhlizinin açılması İranın nə qədər xoşuna gəlməsə də artıq bu bir reallıqdır və İran bu reallıqlarla barışmalıdır”.


İrandakı təlimlər heç Rusiyanın da maraqlarına cavab vermir qənaətində olan Məhəmməd Əsədullazadə sonda bildirdi ki, İran təlimlərinin Azərbaycana heç bir təsiri olmayacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin