“Status Azərbaycan üçün müzakirə mövzusu deyil” - Allahşükür Paşazadə 

Hazırda oxunan: “Status Azərbaycan üçün müzakirə mövzusu deyil” - Allahşükür Paşazadə 

41449

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında suveren hüquqları əsasında BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etdi.

Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır". 

Bizim.Media-nın məlumatına görə, bunu Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin ilə görüşü zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada 3 ölkənin dini liderləri görüşdü – Jurnalistlər zala buraxılmadı


A.Paşazadə bildirib ki, iki ölkə arasında silahlı qarşıdurmaya son qoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 Noyabr 2020-ci il tarixli Bəyannaməsinin imzalanmasından sonra yaranmış vəziyyət Cənubi Qafqazda yeni bir dövr üçün imkanlar yaradır: 

“Bundan sonra revanşist ritorikaya, qisas çağırışlarına, Ermənistanla Azərbaycan arasında düşmənçiliyə yer olmamalı və xalqlarımızın xeyrinə əməkdaşlıq başlamalıdır. 

Azərbaycanın siyasi-coğrafi xəritəsində "Dağlıq Qarabağ" adlı vahid yoxdur. Bu gün Xankəndidə və ona bitişik yaşayış məntəqələrində yaşayan ermənilər digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır və Azərbaycan qanunvericiliyinə riayət etməyə borcludurlar. Statusa gəlincə, Azərbaycan üçün bu məsələ müzakirə mövzusu deyil”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin