Uqanda və Azərbaycan siyasi məsləhətləşmələr aparacaq - Nazirlər görüşdü

Hazırda oxunan: Uqanda və Azərbaycan siyasi məsləhətləşmələr aparacaq - Nazirlər görüşdü

41341

Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandalı həmkarı Odonqo Jeje Abubakar ilə görüşüb.

Bizim.Media xəbər verir ki,görüş zamanı tərəflər Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov iraqlı həmkarı ilə nələr müzakirə etdi? - FOTO


Uqandanın Qoşulmama Hərəkatında 2023-cü ilin sonunda sədrliyi həyata keçirəcəyi və bu xüsusda, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edən nazirlər, Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələrin aparılmasını qərara alıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin