İranın içindəki QURDLAR - Tehran Bakının yardımlarını niyə unutdu?

Hazırda oxunan: İranın içindəki QURDLAR - Tehran Bakının yardımlarını niyə unutdu?

41312

Artıq bir müddətdir ki, cənub qonşumuz İran islam Respublikası Azərbaycanı öz ərazisində İrana qarşı fəaliyyətlər icra edən dövlətləri yerləşdirməkdə ittiham edir. Heç bir əsası olmayan və fakta əsaslanmayan bu iddialar İranın Azərbaycana qarşı uzun illərdir gizli şəkildə həyata keçirdiyi qərəzli siyasətin məntiqi nəticəsidir. İranı Azərbaycana qarşı bu cür münasibət formalaşdırmağa vadar edən səbəblərin nə olduğu, İranın Azərbaycanın müstəqil siyasi xəttindən nə üçün narahat olduğu olduqca maraqlıdır.

İranın unutduğu dostluq əli

İlk öncə onu qeyd edək ki, Azərbaycanın regional müstəvidə İrana qarşı münasibəti hər zaman birmənalı və prinsipial xarakter daşıyıb. Hələ 2005-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev nüvə müzakirləri ilə bağlı beynəxalq təzyiqlərin gücləndiyi bir vaxtda İrana əleyinə sanksiyaların tətbiqinə qarşı olduğunu açıq şəkildə bəyan edib. Həmin illərdə verilən müsahibə və açıqlamalarda Azərbaycan ərazisindən heç bir dövlətə qarşı fəaliyyətlər üçün istifadə edilməsinin yolverilməzliyi aydın şəkildə bəyan edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Azərbaycan üçün qonşuluq prinsiplərinin hər zaman üçün önəmli olduğunu qeyd edən dövlət başçısı hələ o zaman Qərblə İran arasındakı problemlərin danışıqlar və qarşılıqılı dialoq çərçivəsində həll olunmasının zəruriliyinə diqqət çəkirdi. 2005-ci ildən etibarən keçən 15 illik müddət Azərbaycanın verilən bəyanatların və qonşuluq prinsiplərinə nə dərəcədə sadiq qaldığının bariz şəkildə sübut edib. Bütün bu illər ərzində Azərbaycan İranla münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirməyə və qarşılıqlı güvən inşa etməyə çalışıb. Bunu edərkən də İranın 

İranı uçurma aparan “müstəqil” seçim xətti

Lakin təəssüf ki, Azərbaycan heç bir zaman cənub qonşusundan eyni dərəcədə xoş və anlaşıqlı münasibətin şahidi olmayıb. Birinci Qarabağ müharibəsinin ən şiddətli dövlərində səssizliyini qoruyan İran hakimiyyəti münaqişədən sonrakı 26 il ərzində də işğalçı Ermənistanla münasibətləri inkişaf etdirmək istiqamətində fəal addımlar atıb.
 

Ermənistanla qarşılıqlı münasibətlərin və iqtisadi əməkdaşlığın Azərbaycanın dövlət mənafeyinə zidd olmasına rəğmən İran hakimiyyəti bu əməllərindən geri addım atmayıb və bunu İranın müstəqil siyasi xətti kimi əsaslandırılıb. 


Vətən müharibəsinin ən qızğın vaxtlarında belə göz görə-görə işğalçı Ermənistanı silahlandırmaqda iştirak edən, yüzlərlə terrorçunun Şimali İraq və Suriyadan Qarabağa gətirilməsinə göz yuman İran rəhbərliyi qəribə şəkildə bu gün Azərbaycanı öz maraqları çərçivəsində addımlar atdığı üçün qınamağa çalışır. 

İranın Azərbaycana qarşı əlində “kozır” kimi saxladığı kartı isə, rəsmi Bakı və Tel-Əviv arasındakı uğurlu əməkdaşlıqdır.

Əslində isə Azərbaycanın 44 günlük  zəfər qazanması, və post-müharibə dönəmində regionda diqtə etdiyi yeni geosiyasi reallıqlar Tehranı bölgənin əsas aktorları siyahısından çıxarıb. Buna görə də, Azərbaycana qarşı təhdidlərini İran “sionizm” pərdəsi altında gizlətməyə çalışır.
 

Lakin istər Azərbaycan hökuməti, istərsə də xalqımız artıq gerçəkliklərin tamamilə fərqindədir. Regionda yeni düzən yaradacaq qədər güclü dövlətə çevrilən Azərbaycan heç bir ölkənin təsiri altında öz müttəfiqləri ilə əməkdaşlıqdan çəkinmək niyyətində deyil. Bu cür müttəfiq ölkələrdən biri olan İsraili də sözügüdən siyahıdan kənara qoymaq olmaz.


Xüsusilə də, Vətən müharibəsi dönəmində dostluq və əməkdaşlıq xəttinə sadiq qalan bir ölkəni. 

İndi isə, İranın “müstəqil” adlandırdığı seçimlərin Azərbaycan üçün hər hansı əhəmiyyəti qalmayıb. Hər iki dövlət öz seçdikləri yolla hərəkət edirlər və İran öz yolu ilə addımlamağa davam edəcəyi təqdirdə, onun uçuruma yuvarlanması an məsələsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin