NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, NATO rəsmisi bu minnətdarlığı oktyabrın 12-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.
O, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:51 / 12.10.2021
NATO nümayəndəsi Azərbaycana TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: NATO nümayəndəsi Azərbaycana TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: NATO nümayəndəsi Azərbaycana TƏŞƏKKÜR ETDİ
41273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.