XİN rəhbəri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşdü – FOTO

Hazırda oxunan: XİN rəhbəri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşdü – FOTO

41172

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüşdə tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcək - FOTO


Nazir Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Bosniya və Herseqovinanın hər zaman dəstək verdiyini məmnunluqla qeyd edib.

Milorad Dodik COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib.

Görüşdə tərəflər qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin