Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan gözlənilməz ETİRAF – “Gərək 7 rayonu qaytaraydıq” - VİDEO
Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.
Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.
Bizim.Media