“Dövlət başçısının parlamentə təqdim etdiyi qanun layihəsi Azərbaycanın müasir durumu ilə tam uyğundur”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentdə çıxışı zamanı deyib.
“Müstəqillik Günü haqqında” qanun layihəsinin dəyişikliyi barəsində gedən müzakirələr zamanı deputat qeyd edib ki, bəzi deputatlar Azərbaycanın MDB-də müstəqilliyini ən gec bərpa edən ölkələrdən biri olduğunu deyib.
“Bəzi deputatlar o zaman çıxış edirdilər ki, Azərbaycan müstəqilliyini bərpa etsə, öz-özünü dolandıra bilməyəcək. İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat səs verdi ki, SSRİ ləğv edilsin. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, AXC-Müsavat cütlüyünün əməlləri nəticəsində Azərbaycan öz müstəqilliyini ən gec elan edən ölkələrdən biri olub.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:15 / 11.10.2021
Vahid Əhmədovdan Siyavuş Novruzova CAVAB – “İndi danışmaq çox asandır”
Hazırda oxunan: Vahid Əhmədovdan Siyavuş Novruzova CAVAB – “İndi danışmaq çox asandır”
Hazırda oxunan: Vahid Əhmədovdan Siyavuş Novruzova CAVAB – “İndi danışmaq çox asandır”
41120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.