Erkin Qədirlidən Respublika günü ilə bağlı dəyişikliyə ETİRAZ 

Hazırda oxunan: Erkin Qədirlidən Respublika günü ilə bağlı dəyişikliyə ETİRAZ 

41118

“Mən də hamı kimi 18 oktyabrın Müstəqilliyin bərpa günü sayılması kimi qəbul edilməsi ilə razıyam. Lakin 28 may Müstəqillik günüdür düzdür, ancaq onun siyasi çəkisi respublika olması ilə bağlıdır. Ölkələr var ki, həm Respublika, həm də müstəqilliyi günü keçirilir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, 28 may Respublika günü kimi qeyd olunmalıdır. 

“Biz tarix boyu 1918-ci ildə respublika qurmağımızla qürurlanmışıq. Ona görə, 28 mayın müstəqillik günü kimi adlandırıb, Respublika gününün ləğv olunmasına qarşıyam, düşünürəm ki, bu düzgün addım deyil”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin