“Azərbaycanla savaş İran üçün qorxunc bir avantüradır” – İsrailli ekspert səbəbləri AÇIQLADI

Hazırda oxunan: “Azərbaycanla savaş İran üçün qorxunc bir avantüradır” – İsrailli ekspert səbəbləri AÇIQLADI

41115

Əksər ekspertlər İranın Azərbaycana qarşı savaşa başlayacağını real saymır. Çünki Azərbaycan regionun ən güclü ölkəsidir, çünki hazırda İranın beynəlxalq problemləri qədər Azərbaycanın da xarici dəstəyi var. Ələlxüsus da İrana qarşı bu dəstək daha da arta bilər.

“Doğrudan da İranın davranışı elə təsir bağışlayır ki, sanki onlar Azərbaycanla az qala savaşa hazırlaşırlar. Əslində bu, “şərq blefi”dir. Qurbağa və başqa heyvanlar da özünü bu cür aparır. Balıqlar da var ki, özlərini şişirdərək potensial rəqibini yalandan qorxutmağa çalışırlar” deyən İsrailin tanınmış politoloqu Mixail Finkel həqiqətdə isə müharibənin olmayacağını bildirib.

Bizim.Media-ya özəl açıqlamasında israilli tarixçi, siyasi ekspert olan M.Finkel həm də onu dilə gətirdi ki, İran çox zəifdir:
 

MÖVZU İLƏ BAĞLI:

Mixail Finkel canlı yayımda ermənini susdurdu - VİDEO


“Və İran bilir ki, Azərbaycanla savaş onlar üçün fəlakətlə nəticələnə bilər”.

Politoloq səbəbləri də açıqladı:

“1. İranın normal hərbi aviasiyası yoxdur. Orada hələ Şah Pəhləvinin aldığı köhnə təyyarələrdir. Ən yeni təyyarələri isə 1979-cu ilə aiddir. Bunlar fransız “Miraj”ları (ilğım) və Amerikanın ilk “F” təyyarələridir. Qısası bunlar “dırandulet”dir. 

2. İranın müasir hava hücumundan mühafizə (HHM) sistemi mövcud deyil. 

3. İranın müasir silahı yoxdur.

4. İranın nüvə bombası da yoxdur.

İranda olan yeganə şey köhnə üsulla qurulan nəhəng ordu və özünü kamikadze kimi hər an partlatmağa hazır olan fanatiklərdir”. 

Mixail Finkelin müqayisəsinin ardı belədir:

“- Azərbaycan isə güclü və müasir, qüdrətli dövlət, regional supergücdür. 

Azərbaycan sizin Ali Baş Komandan, Prezident İlham Əliyevin yaratdığı ən müasir orduya malikdir. 

Azərbaycan ordusu ən müasir silahla təmin olunub. 

Həmçinin Azərbaycanın elə etibarlı müttəfiqləri var ki, savaş olduğu halda Azərbaycanın yanında olacaqlar. Türkiyə, nüvə silahı olan Pakistan, güclü İsrail və s.

Bundan başqa, belə bir savaşın başlanması İranda yaşayan etnik azərbaycanlıların ayağa qalxmasına gətirəcək. İranda yaşayan azərbaycanlılar isə 35 milyon civarındadır. Bu, İran əhalisinin (80 milyon) demək olar ki, yarısı deməkdir. Buna görə də savaş İran üçün qorxunc bir avantüradır. Çünki ardınca olaya ABŞ, NATO da qoşula bilər. Bu isə ötəri bir şey deyil.

İran dağıla, bir neçə ölkələrə parçalana bilər:
 

İlk yarana biləcək dövlət Cənubi Azərbaycandır. Kürdistan və başqa yeni respublikalar meydana gələ bilər. Bütün dünyanı özünə qarşı döndərən İranın Ayətulla rejimi terrorçuluğa da dəstək verir.


Örnək kimi, 1994-cü ildə Argentina paytaxtında yəhudi mədəniyyət mərkəzindəki terror, Burqosda israilli turistlərin partladılması, Hizbullah və husilərin maliyyələşdirilməsi, Afrikada müxtəlif terraktların təşkilini göstərmək olar. Yəni, İranın bu addımları dünya tərəfindən qəbul olunmur. İranla hələ də əlaqələri olan Rusiya və Çini isə iqtisadi faydalar maraqlandırır. Lakin bütün dünyanın İrana qarşı olduğunu gördükdə Pekinlə Moskva da Tehranı tək qoyacaq. Azərbaycanla müharibə İranın Ayətulla rejimi üçün ölüm hökmü və başdaşı ola bilər”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin