“Müstəqilliyimizin 30 illiyi ərəfəsində cənab Prezident İlham Əliyevin bu qanun layihəsini müzakirə üçün Milli Məclisə təklif etməsi çox doğru addımdır. Biz müstəqilliyimizi 1991-ci ildə deyil, 1918-ci ildə qazanmışıq. Həmin vaxt biz müstəqil dövlət olduq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisdəki çıxışı zamanı Qüdrət Həsənquliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ
O, bildirib ki, Azərbaycan Dövləti öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa edib.
“Önəmli olan o idi ki, biz müstəqilliyimizi bərpa etdik. Baxıram ki, bir qrup şəxs bu mövzuda sosial şəbəkələrdə manipulyasiya ilə məşğuldurlar. Mən üzümü onlara tutub deyirəm ki, özünüzü yormayın. Biz müstəqilliyimizi 1918-ci ildə qazanmışıq. Ona görə bu gün müstəqillik günü adlansa daha doğru olar”.
Vüsalə Balayeva, Bizim.Media