“Müharibə zamanı əsgərlərimizə qarşı post qurublar” – Aydın Mirzəzadədən İrana İTTİHAM

Hazırda oxunan: “Müharibə zamanı əsgərlərimizə qarşı post qurublar” – Aydın Mirzəzadədən İrana İTTİHAM

41056

“Azərbaycan hər zaman İrana dostluq əli uzadıb. Lakin əvəzində onlar bizə qarşı təxribat törədir. Yoxsa onlar düşünürlər ki, 19-cu əsrdəki kimi Azərbaycan xanlıqlara bölünəcək? 44 günlük müharibə zamanı onların əsgərləri keçib bizim əsgərlərimizə qarşı post qurublar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının plenar iclasında deputat Aydın Mirzəzadə deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ 


Deputat bildirib ki, onlar bizim müstəqilliyimizə dil uzatmaqla, bizə düşmən mövqeyi sərgiləyirlər: 

“Əslində onlar bizimlə qonşu kimi mehriban olmalıdırlar. Biz müstəqillik qazanmamışıq ki, sonradan kiminsə təsiri altına düşək”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin