İran Ermənistanda hakimiyyət dəyişikliyi haqqında planlar qurur. Bu haqda siyasi kluarlarda artıq danışılmağa başlanıb.
Son zamanlar Ermənistanla Azərbaycanın regionda, sərhədyanı ərazilərində müəyyən yumşalmaların olması İranın aqressiyanın daha da artmasına səbəb olub.
Bəzi mənbələrin bildirdiyinə görə, məhz bu səbəblə İran təxribatlar edib, hərbi təlimlər keçirməklə Ermənistana olan aqressiyasını biruzə verməyə çalışır.
Hazırda İran Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının yollarını axtarır. Çünki Tehran heç cür qəbul edə bilmir ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşma olsun.
MÖVZU İLƏ BAĞLI:
Putin Paşinyan görüşü barədə Kremldən - AÇIQLAMA
İran üçün Paşinyanın devrilməsi nə üçün vacibdir?
Birincisi, əgər regionda sülh olarsa, Ermənistan 30 ildən çoxdur ki, itirdiyi komunikasiyaları bərpa edəcək. Bu da İrana sərf etmir, çünki Türkiyə, Azərbaycan avtomatik olaraq Ermənistan bazarını tutacaq. Zəngəzur dəhlizi isə ən vacib faktordur, bu layihə işə düşərsə, İran bütün daşımaların bu yol üzərindən aparılacağı düşüncəsindədir, o isə bir region dövləti kimi onun əlindəki təzyiq imkanlarını azaltmış olacaq.
Ona görə də Ermənistanda bu sövdələşməyə ən açıq adam Nikol Paşinyan görünür, digər revanşist təfəkkürlü insanlar buna qadir deyillər.
Bu səbəbdən də İran Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq olar deyə, baş sındırır. Hətta bu barədə Ermənistanın baş nazirinin özü də məlumatlandırılıb. Paşinyan da son zamanlar mühafizəsinin sayını buna görə artırıb. O daha çox həyatına təhlükədə olacağından ehtiyatlanır. Güclü mühafizə olunan baş naziri xarici səfərlərində belə qoruma ordusu müşaiyət edir, onların sayı bir neçə dəfə çoxaldılıb. Eləcə də parlament binasının və hökumət binalarının mühafizəsi də gücləndirilib.
Səbəblər, mülahizələr...
Paşinyanın devrilməsi və ya həyatına ediləcək hər hansı bir sui-qəsd hansı qüvvələr üçün daha çox lazımdır və nəyə görə?
Ekspertlər düşünür ki, burada İranın gizli kəşfiyyatı və Ermənistanda olan revanşist qüvvələr böyük rol oynayır.
Heç kəsə sirr deyil ki, erməni revanşistləri Azərbaycana hələ də ərazi iddiası irəli sürür və münaqişəni alovlandırmağa çalışırlar. Bu yolda isə Paşinyan onlara sözsüz ki, maneədir. Bu revanşist qüvvələrin güclü aqressiyası ilə müşahidə olunur. Məsələnin ikinci qolunda isə İran və onun gizli kəşfiyyatı durur. Maraqlısı isə bu iki qüvvəni bir-birinə bağlayacaq bir bağın olmasıdır.
Buna görə də məhz Robert Köçəryanın İrana etdiyi çağırış bu bağın ən davamlı zənciri hesab olunur. Köçəryanın hazırki vəziyyətin fonunda İrana “O, sizinlə strateji dostluq edəcək bir rəhbər deyil.
Sizi satacaq, ABŞ-ın adamıdır, Sorosa bağlıdır. Zəngəzur işə düşəndən sonra isə siz heç kimə lazım olmayacaqsınız” dediyi sözlər isə şübhələri daha da artırır.
Maraqlısı isə sui –qəsd planında Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı çəkilir. Məlumata görə, hakimiyyətin devrilməsində və Paşinyanın aradan götürülməsində onun öz maraqları var və sui-qəsdin planlandığı gizli görüşlərdə Köçəryanla bərabər o da iştirak edib.
İrəvanda ETTELAT izi...
Yayılan məlumatlar arasında son vaxtlar ETTELAT, İran kəşfiyyatının nümayəndələrinin İrəvana axışmağa başlaması haqqında da xəbərlər var. İrandan əraziyə soxulan xeyli agentin, terroristin olduğu da bildirilir. Hətta bir müddət əvvəl Gümrüdə İran vətəndaşları tərəfindən intensiv şəkildə evlərin kirayəyə götürülməsi hallari da müşahidə edilib. Elə məhz həmin ərazilərdən də Rusiyanın 102 saylı hərbi hissəsi çox aydın şəkildə görünür.
Erməni siyasi analitiklərin bəziləri düşünür ki, bu günki geosiyası vəziyyətə görə, Paşinyanın aradan götürülməsində erməni revanşistlərindən daha çox İrana sərfəlidir. Çünki İranın Paşinyana bəslədikləri ümidlər bir anda ilğıma çevrilib...
İran yanlış siyasət aparır...
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə məsələ barəsində tamam başqa fikirdədir. Onun fikrincə, İranın Ermənistana müdaxilə edəcəyi barədə yayılan xəbərlər əsassızdır. O, bu fikirləri Bizim.Media-ya danışarkən səsləndirib.
“Son zamanlar İran xarici siyasətində böyük səhvə yol verdi. İran ermənilərin artıq Rusiyanın nəzarətindən çıxdığını düşünərək onu öz nəzarətinə almaq istədi. Nəticədə isə ermənilər bəzi məqamlarda İrandan istifadə edib sonda ona arxa çevirdilər. Onlar Azərbaycana qarşı çıxanda, ermənilər əksinə Azərbaycanla vəziyyəti normallaşdırmaq üçün addım atdəlar, Azərbaycan üçün hava məkanını açdı. İran isə ermənilərə görə, Azərbaycana təzyiq edirdi”.
S.Cəlaloğlu düşünür ki, İranın Ermənistanda heç bir prespektivi yoxdur. Ona görə bu çevriliş və sui-qəsd barəsində yayılan iddialar əsassızdır.
“İran ola bilər haradasa terror aktları, təxribatlar törətsin, ancaq bunun Ermənistan olmasını düşünmürəm. İran hazırda yaranan situasiyada yanlış siyasət aparır. Azərbaycanla yaxınlaşmaqdansa ona qarşı düşmənçilik siyasəti aparır. Bu da İranın bir dövlət kimi bölgədə sıxışdırılmasına və təklənməsinə gətirib çıxaracaq. Ermənistan bütünlüklə belə İranın nəzarətinə keçsə belə, o yenədə bu bölgədə öz maraqlarına uyğun siyasət apara bilməyəcək. Onlar başa düşməlidirlər ki, artıq bu bölgənin geosiyasi quruluşu dəyişib”.
Vüsalə Balayeva, Bizim.Media