Müsavat yubiley tədbirinə kimləri dəvət edib?

Hazırda oxunan: Müsavat yubiley tədbirinə kimləri dəvət edib?

40750
Bu gün saat 15-də Müsavat Partiyasının qərargahında Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Xatırladaq ki, partiya Bakı Şəhər İcra Hakimiyyətindən mərasim keçirmək üçün 500 nəfərlik yer istəsə də mənfi cavab aldığından tədbiri nisbətən dar çərçivədə keçirməyə məcbur olacaq. Ancaq maraqlıdır, tədbirə kimlər dəvət olunub? Görəsən müsavatçılar tərəfindən son zamanlar aralarından soyuq yellər əsməyə başlayan AXCP, KXCP və Milli Şuraya məxsusi dəvət göndərilibmi? 
Moderator.az bu suala cavab tapmaq üçün Müsavat funksionerləriylə əlaqə saxlasa da qaneedici cavab ala bilməyib. Partiyanın divan üzvü, keçmiş deputat İkram İsrafil belə bir dəvətin göndərilib-göndərilmədiyindən xəbərsiz olduğunu söyləyib. Başqan müavini Gülağa Aslanlı da təxminən eyni cavabı verib və başının tədbirə deyil, bu günlərdə qəza keçirmiş müsavatçıların qayğılarına qarışdığını bildirib: 
"Bu məsələ ilə mən məşğul olmuram, mən xəstəxanalarda müalicə alan dostlarımızın problemləri ilə məşğulam."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin