Bizim.Media Sputnik Armenia saytına istinadən məlumat verir ki, Moskva Dövlət Universiteti Beynəlxalq Tədqiqatlar İnstitutu və Rusiya Xarici İşlər Nazirliyinin aparıcı tədqiqatçısı, Beynəlxalq Analitik jurnalının baş redaktoru Sergey Markedonov Fransa senatının Dağlıq Qarabağla bağlı qərarından sonra gözlənilən hadisələr haqqında şərh verib.
Analitikin fikrincə, Fransa Xarici İşlər Nazirliyi Senatın qərarına baxmayaraq rəsmi bir bəyanat verdi. Bəyanatda Parisin vəzifəsinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üzərində, xüsusən də Dağlıq Qarabağın gələcək statusu üzərində işləmək olduğu vurğulanırdı. Bu heç də Fransa Senatının qərarlarının ciddiyə alınmadı demək deyildi.
Fransa ilk dəfə deyil ki, Ermənistanla və ermənilərlə əlaqəli həm tarixi keçmişin, həm də bu gündəm mövzularına müraciət edir. 29 May 1998-ci ildə Fransa Milli Məclisi, 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən faciəli hadisələri bir soyqırım aktı kimi tanıyan qanun layihəsi qəbul etdi. Senat 2000-ci ilin noyabrında oxşar qərarın lehinə səs verdi və 2001-ci ildə prezident Jak Şirak qanunu imzaladı.
2011-ci ilin dekabrında isə soyqırım faktının inkarına görə cinayət cəzalarının tətbiqi layihəsi Fransa parlamentinin aşağı palatası tərəfindən, 23 yanvar 2012-ci il tarixində isə Senat tərəfindən qəbul edildi. Bu təşəbbüs Valeri Boyer tərəfindən təklif edilmişdir. Analitikin fikrincə, Senatın 2020 Qarabağ qətnaməsinin də kökündə dayanan səbəblər məhz bu məsələ ilə bağlı idi.
Analtilik qərarın qəbul olunmasında Fransada yaşayan erməni diasporunun təsiri haqqında da fikrilərini bölüşüb. Onun sözlərinə görə, Fransadakı erməni diasporu böyüklüyünə görə dünyada Rusiya və ABŞ-dan sonra üçüncü, sayının 350-500 min nəfər olduğu təxmin edilir.
Ən böyük icmalar Paris, Lyon və Marseldə yerləşir (bu üç şəhərin sonuncusunda Boyer bələdiyyə sədrinin müavini idi). Fransada etnik erməni olan görkəmli fransız vətəndaşları arasında rejissor Henri Verneuil, futbolçular Yuri Djorkaef və Alain Bogosyan, siyasətçi Patrick Devedjian kimi fiqurlar yer alır.
Lakin bu amillər heç də Senatın qərarının birbaşa erməni diasporu sayəsində qəbul olunması demək deyil. Qarabağ qətnaməsi üzrə məruzəçi senator Bruno Retayo öz çıxışında bu sənədin tərəflər arasındakı fikir ayrılıqlarından üstün olduğunu, çünki münaqişədən daha çox Fransız dəyərləri ilə əlaqəli olduğunu bildirmişdi.
Analitikin fikrincə, fransız siyasi sinfi üçün Dağlıq Qarabağ müzakirəsinin özlüyündə deyil, 2022-ci il seçkiləri və ya Türkiyə ilə qarşıdurma kontekstində dəyərlidir. Ancaq hazırkı şərtlər daxilində Fransa Ermənistanın və tanınmamış Dağlıq Qarabağın taleyinin müəyyənləşdirilməsində ciddi rol oynamağa hazır deyil.
Bu nə yaxşı, nə də pis deyil, həqiqət budur. Hətta Fransa Xarici İşlər Nazirliyinin mövqeyi birdən-birə dəyişsə və senatorların dəlilləri ilə razılaşsa da, bu qərar sadəcə qərar olaraq qalacaq. Dağlıq Qarabağın tanınması siyasi iş deyil, sadəcə simvolik siyasət aktıdır.
Bütövlükdə o qənaətə gəlmək olar ki, Fransa simvolik siyasətlə məşğuldur.
Bu qərarla Kosovonun ABŞ, Abxaziya və Cənubi Osetiyanın Rusiya, Şimali Kipr Türk Cumhuriyyətinin Türkiyə tərəfindən tanınması arasındakı əsas fərq də budur. Bu qərarları qarışdırmamaq lazımdır. Rusiyanın Osetiyanı tanıması münaqişədə müəyyən status-kvonu yaratmışdı. Fransanın Qarabağı tanıması isə heç nəyi dəyişməyəcək deyə Markedonov bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:14 / 02.12.2020
Sergey Markedonov: Fransa simvolik siyasətlə məşğuldur
Hazırda oxunan: Sergey Markedonov: Fransa simvolik siyasətlə məşğuldur
Hazırda oxunan: Sergey Markedonov: Fransa simvolik siyasətlə məşğuldur
4073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.