Prezidentdən pay torpaqları ilə bağlı FƏRMAN - 2025-ci il yanvarın 1-dən... 

Hazırda oxunan: Prezidentdən pay torpaqları ilə bağlı FƏRMAN - 2025-ci il yanvarın 1-dən... 

40542

Prezident İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, fərmanla aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə aşağıdakı qərarlar alınıb: 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etməsi tapşırılıb.

Qeyd olunub ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fərmanın icrasını daha səmərəli həyata keçirmək üçün tələb olunan bütün xidmətlərin mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2021-ci il noyabrın 1-dən etibarən təşkil etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin