Azərbaycan Xarici İşlər Nazirliyi baş verən zəlzələ ilə bağlı Pakistana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib:
“Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi. Fəlakət qurbanlarının ailələrinə başsağlığı verir, yaralıların hamısına tezliklə şəfa diləyirik. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün qardaş Pakistanın yanındayıq”.
Qeyd edək ki, Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı həlak olanların sayı 20 nəfərə çatıb. Təbii fəlakət zamanı 300-dən çox insanın xəsarət aldığı bildirilib.
Bizim.Media
We’re deeply saddened by news on #earthquake that struck #Pakistan's Balochistan province. We present our condolences to the families of the victims of the disaster & wish speedy recovery to all injured. We stand next to brotherly ?? to eliminate consequences of the earthquake.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 7, 2021