Hələ may ayında Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində delimitasiyası Qaragöldə gərginliyə səbəb olub. Belə ki, yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutublar.
Bu hadisənin fonunda ermənilər bunu “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək bütün dünyaya hay-küy salıb təxribatçı fikirlər, bəyanatlar yaymaqla məşğul oldular. Lakin qalib Azərbaycan heç bir qonşu ölkənin sərhədlərinə müdaxilə etmədən Sovet hakimiyyəti dövrlərindəki sərhədlərini bərpa etməklə məşğul idi.
Bəs, hazırda Qaragöldə vəziyyət necədir?
Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya bildirib ki, hazırda ərazidə Qarağölün əksər hissəsinə Azərbaycan ordusu nəzarət edir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın “QARAGÖL OYUNU” - Təzminat məsələsini unutdurmağa hesablanıb
“Ordumuzun mövqelərinin sayı düşməndən 3 dəfə çoxdur. Erməni məntəqəsinə gedən yol bizim postlardan keçir. Bizim postların arasında ermənilərin bir balaca məntəqəsi mövcuddur ki, ermənilər ora keçərkən bizim əsgərlər tərəfindən yoxlanılaraq ora buraxılır”.
Ədalət Verdiyev söhbət əsnasında bu ərazidə ermənilərə tətbiq olunan qadağalardan da danışıb.
“Ermənilərə ancaq avtomat silah daşımağa icazə verilir. Bundan başqa ermənilərə öz məntəqələrində bayraqlarını qaldırmaq qadağan edilib”.
Vüsalə Balayeva, Bizim.Media