"Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır”.
Bizim.Media xəbər verir ki, bunu oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
"Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaqdır. Avropa İttifaqı "Şərq tərəfdaşlıq" proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz gözlənilən "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik", - o bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:55 / 06.10.2021
Avropa İttifaqının Azərbaycanla bağlı əsas prioriteti açıqlandı
Hazırda oxunan: Avropa İttifaqının Azərbaycanla bağlı əsas prioriteti açıqlandı
Hazırda oxunan: Avropa İttifaqının Azərbaycanla bağlı əsas prioriteti açıqlandı
40390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.