“İran Azərbaycana qarşı son təzyiq mexanizmlərindən istifadə edir” - EKSPERT

Hazırda oxunan: “İran Azərbaycana qarşı son təzyiq mexanizmlərindən istifadə edir” - EKSPERT

40260

“Valday” klubunun eksperti Fərhad Məmmədov İranın Naxçıvanda hərbi hissələri təchiz edən Azərbaycan təyyarələri üçün hava məkanını bağlamaq qərarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Azərbaycan” nəşrində yer alıb.

Ekspert bildirib ki, İran Azərbaycana qarşı "son acınacaqlı təzyiq mexanizmlərindən" istifadə edir:

"İranın qərarı Naxçıvanda hərbi hissələrin təchizatına heç bir şəkildə təsir etməyəcək və Bakının bölgədəki cərəyan edən proseslərlə bağlı mövqeyini dəyişməyəcək".

Fərhad Məmmədov İranın nəticədə Cənubi Qafqazdakı mövcud vəziyyətlə barışmalı olacağına şübhə etmir.

Onun fikrincə, İran hava məkanını bağlamaq qərarını Bakı ilə Tehranın son günlər mübadilə etdiyi tənqidi fikirlər fonunda verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin