Müxalif partiyalardakı diktatorluq necə formalaşır? – Cümşüd Nuriyevdən FAKTLAR

Hazırda oxunan: Müxalif partiyalardakı diktatorluq necə formalaşır? – Cümşüd Nuriyevdən FAKTLAR

40258

Tural Abbaslı, Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Hafiz Hacıyev, Əli Əliyev bizə müsahibələrində partiyalarının rəsmən beynəlxalq əlaqələrinin olmadıqlarını deyiblər. Bildiriblər ki, bu yöndə iş gedir, ya da ki, gələcəkdə edəcəyik. Bəs onlar nə işlə məşğuldurlar? Və sizcə partiya fəaliyyəti necə olmalıdır?

“Ümumiyyətlə Azərbaycanda partiyaların beynəlxalq əlaqələr məsələsində çox ciddi problemlər var. Bildiyimə görə, AMİP və Sosial Demokratlar beynəlxalq partiyaların cəmləşdiyi forumlarda iştirak edir və üzvüdürlər. Başqa partiyaların ola bilər ki, Türkiyə və Rusiya ilə hansısa ikitərəfli razılaşmaları var. Məsələn YAP-ın belə bir əlaqəsi mövcuddur. Amma beynəlxalq forumda təmsil olunan partiyalarımız yoxdur” deyən eks deputat Cümşüd Nuriyev əslində hər bir siyasi partiyanın əsas məqsədinin ölkə daxilində deyil, daha çox xaricdə təmsilçiliklə tanınmalı olduğunu da bildirdi.

Bizim.Media-ya özəl açıqlamasında siyasi ekspert qeyd etdi ki, beynəlxalq fəaliyyət həm də partiyaların missiyasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Cümşüd Nuriyev vurğuladı ki, sadalanan partiyalar Azərbaycan daxilində hər cür fikir söyləyə bilərlər. Bu, daxili publikaya hesablanmış fikirlərdir:

“Lakin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, məhz siyasi partiyaların üzərinə düşən məsuliyyətdir. Dünya praktikasında da bu belədir. Azərbaycanda mövcud partiyaların böyük bazası olmalıdır ki, xaricə çıxa bilsinlər. Ən azından bir neçə dildə danışmalıdırlar. Özləri və müavinləri Azərbaycan cəmiyyəti tərəfindən kifayət qədər qəbul olunmnalıdırlar. Sadalanan, mən tanıdığım partiyalardan bu cür imkanları olan partiyalar barmaqla sayıla bilər. Çünki Azərbaycanın bütün müxalifət partiyaları bir nəfərdən – tək partiya, tək liderdən ibarətdir. İkinci bir lider yoxdur. Bu isə partiya sədrlərinin diktatorluğunu formalaşdırır”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin