Gədəbəy icra hakimiyyətinin başçısı vəzifəsindən bu gün azad edilən İbrahim Mustafayev Prezident Administrasiyasında yüksək vəzifəyə gətirilib.
Bizim.Media xəbər verir ki, İbrahim Mustafayev Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə rəhbərinin müavini təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
Prezident bu rayonun icra başçısını işdən çıxardı - SƏRƏNCAM
Həmin şöbəyə prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.
İbrahim Mustafayevin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olarkən vətəndaşlarla iş üzrə yenilik tətbiq etmişdi və Operativ Xidmət Mərkəzini yaratmışdı.
Gədəbəy rayon İcra Hakimiyyətinin inzibati binasında yaradılan Operativ Xidmət Mərkəzi vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə operativ, şəffaflıq şəraitində baxılmasını təmin edib.
Xatrıladaq ki, İbrahim Ənvər oğlu Mustafayev bu vəzifəyə 2018-ci ilin avqustunda təyin edilmişdi (virtualaz.org).
Bizim.Media